Euro-Marka TƏQDİM EDİR
Əlaqə
Bazar ertəsi - Cümə
09:00 - 18:00
E-poçt
Euro-Marka MMC 2022-ci ildən fəaliyyət göstərir. Şirkətimizin fəaliyyətinin əsas istiqaməti boyaların, zımpara kağızlarının və yapışdırıcı materialların satışından ibarətdir.
Boya haqqında danışdıqda, əsasən, mebel boyaları, metal üçün toz boyalar, metal konstruksiya boyaları və metal üçün hamerton boyaları daxildir.
Boya sahəsində şirkətimiz dünyanın aparıcı şirkətlərinin – İspaniyanın “Valresa”, “Esfera”, Türkiyənin “Ibavet”, “Iba Kimya”, “Izkim boya”, “Bianca boya” və Azərbaycanın “Gaya Kimya” şirkətlərinin Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan respublikalarında rəsmi dileri kimi fəaliyyət göstərir.
Zımpara kağızlarına gəldikdə isə, Euro-Marka Azərbaycanın “Gaya” zımpara kağızı istehsal zavodunun bütün Mərkəzi Asiya üzrə tam səlahiyyətli satış ofisi olaraq mebel, tikinti və sənaye sahələrində istifadə olunan müxtəlif məqsədli zımpara kağızlarının satışı ilə məşğul olur.
Eyni zamanda, Euro-Marka Türkiyənin Sefox və Uni-tek brendlərinin Mərkəzi Asiyadakı nümayəndəsi olaraq memarlıq bəzəyi, mebel istehsalı, avtomobil sənayesi, qablaşdırma, reklam, ayaqqabı, dəri, rezin, toxuculuq, oyuncaq və ev dekorasiyası sənayesi və digər müxtəlif istehsalat sahələri üçün yapışdırıcı materialların satışı ilə məşğul olur.
Euro-Marka olaraq bizim rəqiblərimizdən əsas fərqimiz ondadır ki, biz daim müştərilərimizin yanındayıq, operativik, müştərilərimiz və tərəfdaşlarımızla qarşılıqlı etibar əsasında işləyirik. Şirkət rəhbərliyi və satış menecerləri müştərilərimiz tərəfindən verilən hər bir sualı həll etmək üçün çevik tədbirlər görür.
Müştərilərimizin bütün müraciətlərinə akademik yanaşma, problemlərin təhlili və bütün bunların nəticəsində müştəri ehtiyaclarının ödənilməsi şirkətimizin əsas prioritet məqsədlərindən biridir.